(+994) 50-562-50-05 / (+994) 12-562-50-05 az ru

İnşaat sistemi bünövrə

Sadə mühəndis-geoloji şərtlər daxilində bərkidilmiş çuxurlarda inşa edilən aşağı məsuliyyət dərəcəli kiçik bina və tikililərin bünövrələrinin birqat

hidroizolyasiya sistemi.

Termik emal edilmiş geotekstil

PVX rondel (bərkidici element)



Ətraflı


Partnyorlar

Bitumast əməkdaşlıq tarixi 01.09.2016-cı il

«XimTorqProekt» istehsalat şirkəti — 1995-ci ildə əsası qoyulan və BITUMAST ticarət markası altında qaynar mastika, soyuq bitum-polimer mastika və yapışqanların, eləcə də antikorroziya mastikalarının, movillərin və START ticarət markası altında bir sıra digər avtomobil məhsullarının istehsalı və satışı ilə məşğul olan stabil və dinamik inkişaf edən şirkətdir.

Dorkin

Dünya səviyyəli yüksək keyfiyyətli məhsullar, nou-hau və əla servis: Dorkin GmbH&Co. KG cəmiyyəti kompleks materiallar və servis sistemi ilə inşaat materialları bazarında aparıcı mövqe tutur. Məhsul çeşidinə dam örtüyü altı plyonkalar, divar və bünövrənin müdafiəsi, drenaj və hidroizolyasiya sistemləri, fasad və inşaat meşələri üçün qoruyucu örtük sistemləri daxildir.

Elementa

Elementa bərkidicisi – bina fasadlarının, polad konstruksiyaların, sütunların, avadanlıqların, mühəndis sistemlərinin, tunel kommunikasiyalarının və s. montajında tətbiq olunan peşəkar, sertifikatlaşdırılmış inşaat bərkidicisidir. Məhsul kataloqunda təqdim olunur: elementa fasad anker dübelləri, mexaniki çivi və tıxac ankerləri, kimyəvi ankerlər, boru xətləri üçün halqalar, beton üçün burlar, montaj sistemləri və digər yüksək keyfiyyətli inşaat bərkidiciləri.

Latonit

«Lato» ASC – Rusiyanın inşaat materialları sənayesində asbest-sement məmulatları və fibrosement plitələrinin istehsalı üzrə ixtisaslaşan aparıcı müəssisələrdən biridir. Bütün 50 il ərzində müəssisə tərəfindən yerli və xarici avadanlıqlar bazasında istehsalın geniş texniki modernizasiyası həyata keçirilmiş, istehsal texnologiyası təkmilləşdirilmiş və buraxılan məhsulların çeşidi genişləndirilmişdir.

Logicroof

TexnoNİKOL etibarlı və effektiv inşaat materiallarının ən böyük beynəlxalq istehsalçılarından biridir. 1992-ci ildən bazarda fəaliyyət göstərməklə şirkət dam örtüyü materiallarının, hidro-, səs- və istilik izolyasiyasının, eləcə də nəqliyyat-yol inşaatı üçün həllərin işlənib hazırlanmasında əhəmiyyətli təcrübə toplamışdır. Hazırda TexnoNİKOL özündə dünya təcrübəsini və öz Elmi mərkəzlərinin işlərini ehtiva edən ən yeni məhsul və texnologiyaları bazara təklif edir. Layihə institutları və memarlıq emalatxaları ilə əməkdaşlıq Korporasiyanın istehlakçı sorğularının dəyişməsinə çevik və operativ reaksiya verməsi üçün şərait yaradır.

ТН Shinglas

Öz işinin peşəkarı hər hansı bir layihə üzərində işləyərkən və eyni zamanda işə bütün ruhunu qoyduğu zaman təkrarolunmaz nəticələr əldə edir. TEXNONİKOL korporasiyasının «Skatnaya krovlya» Strateji Biznes Vahidinin (SBV) işini məhz bu cür xarakterizə etmək olar. Hər bir əməkdaş etibarlı və uzunömürlü dam örtüyü materialı – TEXNONİKOL SHINGLAS elastik kirəmit istehsalının bütün mərhələlərində maksimal keyfiyyətli nəticə üçün çalışır. «Skatnaya krovlya» SBV 2 növ yüksək keyfiyyətli dam örtüyü materiallarının istehsalını həyata keçirir: ●«TEXNONİKOL SHINGLAS», «MIDA», "TilerCat» ticarət markalı elastik bitum kirəmiti; ● «Luxard» ticarət markalı kompozit kirəmiti.

Texnonikol 

«TexnoNİKOL» korporasiyası səs- və istilik izolyasiyası materiallarının, mastikaların, dam örtüyü və hidroizolyasiya materiallarının geniş spektrinin istehsalçı qiyməti ilə istehsalını və tədarükünü həyata keçirir. Çeşidə onlarla pozisiyalar daxildir və ən yüksək keyfiyyətə malik dam örtüyünün və hidroizolyasiyanın quraşdırılmasını həyata keçirməyə imkan yaradır. Bu zaman ən yüksək tələblərə cavab verir və zəruri sertifikatlara malikdir.

Tyvek

Artıq 200 ildən çoxdur ki, DuPont dünya səviyyəli elmi və texnoloji fəaliyyətlər göstərərək innovativ məhsulları, materialları və xidmətləri qlobal bazara təqdim edir. Bizim bazara istiqamətlənən innovasiyalarımız sayəsində hər il ən müxtəlif sahələrdə minlərlə yeni məhsul və patentlər meydana gəlir: kənd təsərrüfatı, qida məhsullarının istehsalı, elektron sənayesi və rabitə xidmətləri, müdafiə vasitələrinin istehsalı və təhlükəsizlik sahəsi, yaşayış və kommersiya inşaatı, nəqliyyat sahəsi və geyim istehsalı. DuPont yeni icadların əsasında öz işlərinin mövcudluğundan qürur duyur. Biz dünyəvi problemlərin həllində və planet əhalisinin ərzaq, enerji və təhlükəsizlik ehtiyaclarının təmin edilməsində digər şirkətlərlə əməkdaşlıq edirik. Dünya əhalisinin sayı 2050-ci ildə doqquz milyard nəfərə çatacaq, buna görə də DuPont bugünkü gündə ən mürəkkəb məsələlərin həllinin axtarışında müştərilərlə, hökumət və qeyri-hökumət təşkilatları və elmi institutlarla əməkdaşlıq edir.

Ukon

1997-ci ildən asma ventilyasiya fasadları bazarındadır. Şirkətin U-kon sistemində 13 illik uğurlu işi ərzində müxtəlif növ üzlük materialların tətbiqi ilə 9 000 000 kv.m-dan artıq asma ventilyasiya fasadı montaj edilmişdir. Rusiya və yaxın xarici ölkələr üzrə müxtəlif mürəkkəblik dərəcəsinə malik 2 000-dən çox obyekt icra edilmişdir. U-KON sisteminin komponentlərinin istehsalı üçün 15 000 ton alüminium prokatı emal edilmişdir. 2006-cı ilin sonunda U-kon İnşaat materiallarının sınaq institutunun (Hannover, Almaniya (MPA BAU, HANNOVER) beynəlxalq sertifikatını almış ilk AVF sistemi oldu, hansı ki, U-kon sisteminin məhsulunun keyfiyyətini və Avropa ərazisində istifadəyə yararlılığını təsdiq edən bütün zəruri sınaqlardan keçdiyini nümayiş etdirir.

Kreisel

«KRAYZEL RUS» FIXIT GRUPPE, FIXIT, HASIT, KREISEL və RÖFIX ticarət markalarını birləşdirən FIXIT GRUPPE şirkətlər qrupuna daxildir. Qrupun müəssisələrinin fəaliyyəti inşaat materialları bazarının bir çox seqmentlərini əhatə edir: öz xammal mədənlərinin emalından tutmuş bina və tikililərin yeni inşası, renovasiyası və sanasiyası üçün ixtisaslaşdırılmış sistemli həllərə qədər. Hazırda şirkətlər qrupunda iyirmi Avropa ölkəsində 44 zavod və 2200-dən çox əməkdaş fəaliyyət göstərir. FIXIT şirkətlər qrupunun illik dövriyəsi 450 mln. avrodan çoxdur. KREISEL şirkəti 1976-cı ildə Maynts-Kastel (Almaniya) şəhərində qurulmuşdur. Öz fəaliyyətinin başlanğıcında o, tezyapışan sement istehsalı üzrə ixtisaslaşırdı, lakin tədricən bazarın inkişaf tendensiyalarına riayət edərək, şirkət inşaat kimyası və qatışıqlarının geniş spektrini istehsal etməyə başladı. Hal-hazırda KREISEL ticarət markası tamamilə FIXIT qrupuna məxsusdur.

Rockwool

ROCKWOOL şirkətinin məhsulları bina və tikililərin bütün inşaat konstruksiyası növləri, eləcə də gəmiqayırma, sənaye avadanlığı, boru xətləri və hava boruları üçün nəzərdə tutulmuşdur. Şirkətin əsası 1909-cu ildə qoyulmuşdur. ROCKWOOL ticarət markası altında bazalt qruplu dağ süxurları əsasında mineral pambıq istilik izolyasiyasının istehsalı 1937-ci ildə Danimarkada başlamışdır. Hazırda ROCKWOOL şirkətinə dünyanın 18 ölkəsində 29 zavod məxsusdur: Avropada, Şimali Amerikada və Asiyada. ROCKWOOL şirkətlər qrupunun satışları 2015-ci il üçün 2 mlrd. Avrodan çox təşkil etmişdir.

TermoClip 

TERMOCLIP istehsalat şirkəti Rusiya və MDB ölkələrinin inşaat sənayesi bazarlarında aşağıdakı məhsulların geniş çeşidini təqdim edir: istilik izolyasiyası və hidroizolyasiya dam örtüyü, fasad və oddan müdafiə materiallarının mexaniki bərkidilməsinin kompleks peşəkar sistemləri, bina və tikililərin çəpərləyici konstruksiyalarında yüksək texnoloji, etibarlı və uzunömürlü bərkidici elementlər, dam örtüyünün su kənarlaşdırılması və ventilyasiyasının unikal patentləşdirilmiş sistemləri.

Kronospan 

Kronospan – Rusiyanın ən iri ağac emalı zavodlarından biridir. Kronoşpan MDF, HDF, OSB plitələr və onlardan məhsullar istehsal edir. Kronospan-ın istiqamətlərindən biri – Kronospan HDF plitələr əsasında dekorativ laminasiyalı örtüklərdir. Kronospan laminasiyalı döşəmələrdə panellərin hopdurulması üçün öz fenolformaldehid qatranlarını istehsal edir. Döşəmə örtüklərinin istehsal həcmi – ayda - 1 600 000 kv.m-dir. Zavodun ərazisi 200 Ha-dan artıqdır. Kronospan müəssisələrində 11000-dən çox insan çalışır. Kronospan zavodunun Moskva vilayətində tarixçəsi 2002-ci ildən başlayır. 2004-cü ildə yeni zavod öz istehsal fəaliyyətinə başladı. 2006-cı ildə laminasiyalı döşəmə örtüklərinin buraxılışı işə salındı.

Bautex 

BauTeks Rusiya-alman şirkəti – şüşə-lif əsaslı məhsulların ən iri istehsalçılarından biri və şüşə-plastiklərin istehsalı üçün xammalın aparıcı distribüteridir. Şirkətin Qus-Xrustalnıy şəhərindəki zavodunda şüşə-parça oboylar (bugünkü gündə bautex Rusiyada şüşə-parça oboyların yeganə istehsalçısıdır), inşaat və yol şüşə-torları, abraziv dairələr üçün şüşə-torlar, SMC/BMC şüşə-parçalar və kompozisiya materialları istehsal olunur. Şirkət daima istehsalı genişləndirir və innovativ Avropa texnologiyalarını tətbiq edir; maddi-texniki bazanın təkmilləşdirilməsi durmadan davam edir. 2000-ci ildən BauTeks şirkəti yerli istehsalata önəmli töhfə vermişdir, habelə uzun illər ərzində BauTeks nəinki Rusiya və MDB ölkələrində, həm də xaricdə işgüzar əlaqələri fəal inkişaf etdirir və möhkəmləndirir – məhsullarımızın üçdə bir hissəsi Avropaya ixrac olunur.

Dupoint 

Tyvek (Tayvek) materialları təkrarolunmaz buxarkeçiriciliyə (diffuziya qabiliyyətinə) malik olan və hidroizolyasiyanın, istilik izolyasiyasının və ümumilikdə konstruksiyanın küləkdən müdafiəsinin təminatı üzrə məsələlərin həllində tətbiq edilən unikal hidroizolyasiya membranlarını özündə ehtiva edir. Tayvek Düpont diffuziya plyonkaları dam örtüyü, divar (həm xarici, həm də daxili) konstruksiyalarında, eləcə də mərtəbələrarası örtüklərdə binaların və onun sakinlərinin xarici iqlim şərtlərindən və kondensasiya effektlərindən müdafiəsinin təmin edilməsi məqsədilə istifadə olunur. Lüksemburqda ən yüksək texniki normalara əsasən PFP liftlərindən «spanbond» texnologiyası üzrə istehsal olunur, bu da ISO sistemi üzrə akkreditasiya ilə təsdiq edilir.

Ponepleks

«PENOPLEKS» şirkəti – polimer əsaslı inşaat və dekorativ-işləmə materiallarının iri Rusiya istehsalçısıdır. Şirkət öz fəaliyyətinə 1998-ci ildə PENOPLEKS® ticarət markası altında ekstruziya penopolistirolundan istilik izolyasiya materiallarının hazırlanması üzrə Rusiyada ilk istehsal cərgəsinin buraxılması ilə başladı. «PENOPLEKS SPb» MMC-nin tərkibinə aşağıdakı istiqamətlərdə məhsulların istehsalı və satışı ilə məşğul olan şirkətlər daxildir: PENOPLEKS® - istilik izolyasiya materialları, STAYROVİT® - ümumi təyinatlı polistirol, PLİNTEKS® - polistirol dekorativ-işləmə materialları, PLASTFOİL® – hidroizolyasiya materialları.

Holcim

Holcim 1897-ci ildə Peterburq yoldaşlığı və yerli tacir M.F.Pligin tərəfindən yaradılmışdır. Hazırda ümumi inşaat təyinatlı portland-sementlər, sulfatadavamlı portland-sementlər və API standartı üzrə tamponaj sementləri istehsal edir. ISO 9001:2008 keyfiyyət uyğunluğu beynəlxalq sertifikatına malikdir. Holcim – 1912-ci ildə İsveçrədə əsası qoyulan beynəlxalq konsern sement, beton doldurucuları (qırma daş, çınqıl və qum), eləcə də hazır beton və asfalt qatışıqlarının istehsalı və tədarükü üzrə dünya lideridir.

Fibroizol

«Qivat» istehsalat şirkəti – müxtəlif tipli binalar üçün yanğın təhlükəsizliyi sistemlərinin işlənib hazırlanması üzrə ixtisaslaşan stabil və etibarlı şirkətdir, eləcə də «Fibraİzol ® NQ» yanmayan külək-hidromüdafiə membranının istehsalı və satışı ilə məşğul olur. «Fibraİzol ® NQ» membranı «Qivat» şirkəti tərəfindən öz avadanlıqları ilə istehsal olunur. Müəssisə məhsulun yüksək keyfiyyətinə zəmanət verən tam işlər tsiklini yerinə yetirir. Biz yalnız daimi əsaslarla yüksək keyfiyyətli məhsul buraxmağa imkan yaradan Avropa kimyəvi komponentlərindən istifadə edirik. Xammalın əldə olunmasından tutmuş hazır məhsulun buraxılmasına qədər istehsalın bütün mərhələlərində nəzarəti təmin edən laboratoriya müasir analitik avadanlıqlarla təchiz edilmişdir.

Luxart 

2002-ci ildə TEXNONİKOL korporasiyasının əsası qoyulduqdan 10 il sonra rəhbərlik inşaat bazarı üçün məhsullar spektrinin genişləndirilməsi barədə qərar qəbul etdi. Maili dam örtüyü perspektivli seqmentinin mənimsənilməsi üçün «TEXNONİKOL» Gargzdu MIDA (Litva) ilk xarici zavodunu satın aldı və SHINGLAS markası altında elastik kirəmit istehsalına başladı. 2004-cü ildən etibarən TEXNONİKOL korporasiyasının məhsul çeşidlərində istehsalı ilk dəfə Rusiyada mənimsənilən «Luxard» kompozit kirəmiti peyda oldu.

ProfilSistems

«ProfilSistems» - fasad və daxili suvaq işləri üçün gücləndirmə materiallarının ən iri Rusiya istehsalçısıdır. 2001-ci ildən etibarən şirkətin əməkdaşları tərəfindən fasad isitmə sistemləri və daxili suvaq işləri üçün gücləndirici məhsullar bazarının inkişafı sahəsində böyük təcrübə toplanılmışdır. Rusiya, Avropa və MDB ölkələrində ən iri avadanlıq, hazır məhsul və xammal istehsalçıları ilə tərəfdaşlıq, eləcə də öz istehsalat bazasının inkişafı 2010-cu ildən etibarən şirkətlə əməkdaşlığı istehlakçılar üçün keyfiyyət baxımından ƏVƏZOLUNMAZ həllə çevirmişdir. Smolensk şəhərində yerləşən müəssisə 3000 kv.m ümumi sahəyə malikdir, hər ay müasir yüksək texnoloji avadanlıqlarda 3 000 000-dan çox metr uzunluqlu məmulatların buraxılışını təmin edir. Müəssisə məmulatların texniki xatakteristikalarını yaxşılaşdırmağa və onların istifadə sahəsini genişləndirməyə qadir olan ekstruziyadan tutmuş şüşə torların yapışdırılmasına, sıxlaşdırıcı lent və digər materiallara qədər suvaq PVX-profillərinin tam tsiklinin istehsalına istiqamətlənmişdir.

Luxard 

LUXARD kompozit kirəmiti 12°-dən 90°-dək meylliyə malik dam örtüklü kottec və azmərtəbəli binaların yeni inşasında tətbiq edilir. Zəmanətli xidmət müddəti— 50 ildir.

Planter

TexnoNİKOL şirkəti — dam örtüyü və hidroizolyasiya materialları bazarında liderdir, öz rəqabət mövqelərini qoruyub saxlamaq məqsədilə daima inkişaf edir. Toplanmış təcrübə və biliklər şirkətin istənilən tipli dam örtüyü və hidroizolyasiya sistemləri üçün ən yaxşı həlləri təklif etməsinə şərait yaradır. Yüksək etibarlılıq və təhlükəsizlik tələblərinə malik olan bina və tikililər üçün ən müasir həllərdən biri – PLANTER profilli membranı ilə inşaat sistemləridir.

LOGICPIR

TexnoNİKOL — etibarlı və effektiv inşaat materiallarının ən iri beynəlxalq istehsalçılarından biridir. Şirkət özündə dünya təcrübəsini və öz Elmi mərkəzlərinin işlərini ehtiva edən ən yeni məhsul və texnologiyaları bazara təklif edir. Layihə institutları və memarlıq emalatxaları ilə əməkdaşlıq TexnoNİKOL-un istehlakçı sorğularının dəyişməsinə çevik və operativ reaksiya verməsinə şərait yaradır.

LOHMANN

Bütün dünyada yapışqan birləşmələri bazarının müxtəlif sahələrindəki çoxillik fəaliyyətimiz sübut edir ki, Lohmann hər zaman yalnız ən yüksək keyfiyyəti nümayiş etdirir. Lohmann — yapışqan birləşmələr sahəsində çoxillik iş təcrübəsi, innovativ məhsullar, ən müasir istehsalat texnologiyaları və hər zaman müştərilərə yönəlmə deməkdir.

AquaMast

AquaMast – tikililərin daxilində və xaricində hidroizolyasiya işlərinin aparılması üçün bitum əsaslı mastika və praymerlər cərgəsi.