(+994) 50-562-50-05 / (+994) 12-562-50-05 az ru

İnşaat sistemi bünövrə

Sadə mühəndis-geoloji şərtlər daxilində bərkidilmiş çuxurlarda inşa edilən aşağı məsuliyyət dərəcəli kiçik bina və tikililərin bünövrələrinin birqat

hidroizolyasiya sistemi.

Termik emal edilmiş geotekstil

PVX rondel (bərkidici element)



Ətraflı


TN-TEXİZOLYASİYA BORU XƏTTİ

Silindr TEXNO

Qoruyucu izolyasiya qatı (müdafiə örtüyü)

Dayaq qövsləri və ya halqaları

Bandaj

Sistemin təsviri

Boru xəttinin təyinatından asılı olaraq, zəruri xarakteristikaları təmin etmək üçün müxtəlif materiallardan istifadə olunur.

İstilik daşıyıcısının 250˚С-dək temperaturuna və 300 mm-ə qədər diametrinə malik olduğu boru xətlərinin istilik izolyasiyası üçün TEXNO 80 Silindrlərindən istifadə məqsədəuyğundur. Silindr yaxşı istilik izolyasiyası xarakteristikalarını təmin edəcək, eləcə də montaj vaxtına qənaət etməyə imkan yaradacaq. 300 mm-dən çox diametrə malik boru xətlərində, yanma qabiliyyətinə tələblər irəli sürülmədikdə TEXNO Lamelli Mat istifadə etmək iqtisadi cəhətdən sərfəlidir.

Kondensatdan müdafiəsi tələb olunan soyuq boru xətlərinin istilik izolyasiyası üçün folqalanmış istilik izolyasiyasından istifadə tövsiyə olunur. Folqalanmış istilik izolyasiyasının kəsişmələri alüminium skotçla yapışdırılır, bu da etibarlı buxar izolyasiyası qatını təmin edir. Məkan daxilində xarici mexaniki təsirlər olmadıqda folqalanmış material həmçinin dekorativ yekun örtük funksiyasını yerinə yetirə bilər.

İstilik daşıyıcısının 450˚С-dən çox temperatura malik olduğu boru xətləri üçün istilik izolyasiyası kimi TEXNO 120 Silindrlərindən, vibrasiya mövcud olduqda isə TEXNO tikişli matını qaynaq ştiftlərinə bərkidərək istifadə etmək tövsiyə olunur.

Daş pambıq əsaslı istilik izolyasiyası qeyri-üzvi, kimyəvi neytral materialdır, tərkibində boru xəttinin korroziyasına səbəb olan maddələr yoxdur. Hidrofoblaşdırılmış əlavələrlə emal sayəsində daş pambıq suitələyici xassələrə malikdir.



Tətbiq olunma sahəsi

Bu sistem müxtəlif diametrli və -180 С-dən + 750 С-dək istifadə temperaturlu boru xətlərinin izolyasiyası üçün istifadə olunur.