(+994) 50-562-50-05 / (+994) 12-562-50-05 az ru

İnşaat sistemi bünövrə

Sadə mühəndis-geoloji şərtlər daxilində bərkidilmiş çuxurlarda inşa edilən aşağı məsuliyyət dərəcəli kiçik bina və tikililərin bünövrələrinin birqat

hidroizolyasiya sistemi.

Termik emal edilmiş geotekstil

PVX rondel (bərkidici element)



Ətraflı


TN-TEXİZOLYASİYA GƏMİ

Çəpərləyici konstruksiya

TECHNO Marine Mat

Qaynaq ştiftləri və sıxıcı şaybalar

Üzləmə materialı

Sistemin təsviri

TEXNONİKOL gəmiqayırma izolyasiyası izolyasiyaya ehtiyacı olan hər bir gəmi hissəsi üçün həllər təklif edir. Məhsullar divar və tavan panellərində, eləcə də üzən döşəmə sistemlərində geniş istifadə olunur.

İzolyasiya göyərtədə rahat mikroiqlimin yaradılmasında mühüm rol oynayır. Düzgün izolyasiya həllini seçməklə göyərtədə optimal temperatur əldə etməyə və isitmə və kondisiyalaşdırmaya çəkilən enerji xərclərini azaltmağa nail olmaq olar. Bununla yanaşı, Siz mükəmməl səs izolyasiyası əldə edirsiz, bütün TEXNONİKOL materialları səsuducu xarakteristikalara malikdir.

Örtüklü plitə və matlar üzdə qalan və asma tavanların arxasında qalan konstruksiyaların izolyasiyası üçün istifadə olunur. Örtüklərin siyahısına alüminium folqadan tutmuş müxtəlif şüşəparçalara qədər bir neçə variant daxildir.

Gəmiqayırmada örtüksüz izolyasiya əsasən qapalı konstruksiyalarda istifadə olunur. İstilik izolyasiya matları mürəkkəb konfiqurasiyalı konstruksiyalarda izolyasiyanın səthə daha yaxşı oturması üçün tətbiq edilir.

Tətbiq olunma sahəsi

TEXNONİKOL gəmiqayırma izolyasiyasının geniş cərgəsi gəminin bütün hissələrində istifadə olunur və istənilən tələbatı ödəməyə qadirdir. Məsələn, kayutların, panellərin, qapıların izolyasiyasında və gəmiqayırma ilə yaxın digər sahələrdə.