(+994) 50-562-50-05 / (+994) 12-562-50-05 az ru

İnşaat sistemi bünövrə

Sadə mühəndis-geoloji şərtlər daxilində bərkidilmiş çuxurlarda inşa edilən aşağı məsuliyyət dərəcəli kiçik bina və tikililərin bünövrələrinin birqat

hidroizolyasiya sistemi.

Termik emal edilmiş geotekstil

PVX rondel (bərkidici element)



Ətraflı


TN-TEXİZOLYASİYA ÇƏNLƏR VƏ REZERVUARLAR

TEXNO T Plitəsi

TEXNONİKOL qaynaq ştiftləri və sıxıcı şaybaları

Müdafiə örtüyü

Dayaq halqaları

Sistemin təsviri

TN-TEXİZOLYASİYA Çənlər və rezervuarlar sistemində istilik izolyasiya qatı kimi TEXNO T Plitəsindən istifadə olunur. Konstruksiyanın mürəkkəbliyindən və tipindən, eləcə də temperatur rejimindən asılı olaraq, müxtəlif sıxlığa malik plitələr istifadə olunur. TEXNO T 60 plitələri rezervuarların, avadanlıqların, +450 ºС-dək temperaturlu hava borularının üfüqi və əyrixətli (silindrik, konus və s.) səthlərində yüklənməyən istilik izolyasiyası kimi istifadə olunur. Şaquli rezervuarların divarlarının, avadanlıqların üfüqi, şaquli və meylli səthlərinin istilik izolyasiyası TEXNO T 80 plitələri ilə həyata keçirilir. Şaquli rezervuarların, texnoloji avadanlıqların, istilikdəyişdiricilərin, düzbucaqlı kəsikli qaz borularının damlarının istilik izolyasiyası üçün TEXNO T 100 plitələri istifadə olunur. TEXNO Т 150 plitələri +750 ºС-dək yüksək temperatura malik energetik və sənaye avadanlıqlarının istilik izolyasiyası üçün optimaldır.



Tətbiq olunma sahəsi

TN-TEXİZOLYASİYA Çənlər və rezervuarlar sistemi istilik daşıyıcısının -180C-dən +750°С-dək temperaturuna malik müxtəlif təyinatlı iri çənlərin və rezervuarların izolyasiyası üçün istifadə olunur.