(+994) 50-562-50-05 / (+994) 12-562-50-05 az ru

İnşaat sistemi bünövrə

Sadə mühəndis-geoloji şərtlər daxilində bərkidilmiş çuxurlarda inşa edilən aşağı məsuliyyət dərəcəli kiçik bina və tikililərin bünövrələrinin birqat

hidroizolyasiya sistemi.

Termik emal edilmiş geotekstil

PVX rondel (bərkidici element)



Ətraflı


TN-ODDAN MÜDAFİƏ HAVA BORUSU

TEXNO 80 F tikişli mat

TEXNONİKOL qaynaq ştiftləri

Sistemin təsviri

Oddan müdafiə örtüyü kimi TN-ODDAN MÜDAFİƏ sistemində etibarlı, montajı asanlaşdıran və xarici görünüşcə zərif olan TEXNO 80 F tikişli mat (möhkəmləndirilməmiş alüminium folqa ilə örtülən) istifadə olunur. TEXNO 80 F tikişli matın (möhkəmləndirilməmiş alüminium folqa ilə örtülən) hava borusuna bərkidilməsi həm qaynaq ştiftləri və sıxıcı şaybalar, həm də digər bandajlar və ya toxunma naqillə həyata keçirilə bilər.

TEXNO 80 F tikişli mat – bir tərəfdən metal torla örtülmüş və metal naqillə tikilmiş, daş pambıqdan hazırlanmış oddan müdafiə matıdır, bir tərəfdən möhkəmləndirilməmiş alüminium folqa ilə örtülmüşdür. Belə karkas sayəsində mat yüksək mexaniki yüklərə və yüksək temperaturların təsirindən vibrasiyaya deformasiyasız tab gətirə bilir. TN-ODDAN MÜDAFİƏ Hava borusu sistemi vibrodavamlıdır və ventilyasiya və kondisiyalaşdırma sisteminin işi zamanı dağılmır, bununla yanaşı, oddan müdafiə funksiyasından başqa, sistem istilik və səs izolyasiyası funksiyalarını yerinə yetirir.

TN-ODDAN MÜDAFİƏ Hava borusu sistemi ГОСТ Р 53299-2009-a əsasən 30-240 dəqiqə odadavamlılıq həddinə malikdir.



Tətbiq olunma sahəsi

TN-ODDAN MÜDAFİƏ Hava borusu sistemi istənilən odadavamlılıq dərəcəsinə və istənilən yanğın təhlükəsi sinfinə aid binalarda hava borularının və tüstü uzaqlaşdırıcı şaxtaların oddan müdafiəsi üçün istifadə olunur. Binanın xidmət müddətinə bərabər uzun xidmət müddətinə malikdir.