(+994) 50-562-50-05 / (+994) 12-562-50-05 az ru

İnşaat sistemi bünövrə

Sadə mühəndis-geoloji şərtlər daxilində bərkidilmiş çuxurlarda inşa edilən aşağı məsuliyyət dərəcəli kiçik bina və tikililərin bünövrələrinin birqat

hidroizolyasiya sistemi.

Termik emal edilmiş geotekstil

PVX rondel (bərkidici element)



Ətraflı


TN-ODDAN MÜDAFİƏ METAL

TEXNO OZB plitəsi

Metal anker və rondel

Dekorativ strukturlu örtük

Sistemin təsviri

TN-ODDAN MÜDAFİƏ Beton sistemində hidrofoblaşdırılmış plitələrdən istifadə olunur: TEXNO OZB plitəsi 110 bə TEXNO OZB plitəsi 80, onlar TEXNONİKOL metal anker elementləri vasitəsilə dəmir-beton konstruksiyalara bərkidilir. TN-ODDAN MÜDAFİƏ Beton sistemində TEXNO OZB 110 plitəsindən istifadə oddan müdafiə örtüyünün 40 mm qalınlığında ГОСТ 30247.0-ə uyğun olaraq, PB 60-12-8 çoxboşluqlu plitəsi üçün (qoruyucu beton qatının qalınlığı 20 mm) REI 240 odadavamlılıq həddini təmin edir. Əgər TN-ODDAN MÜDAFİƏ Beton sistemində TEXNO OZB plitəsi 80 istifadə olunursa, həmin konstruksiya oddan müdafiə örtüyünün 50 mm qalınlığında REI 180 odadavamlılıq həddini təmin edir. Bu zaman oddan müdafiə funksiyasından başqa, sistem istilik və səs izolyasiyası funksiyalarını da yerinə yetirir. Bərkitmədən sonra plitələr dekorativ struktur örtüklə örtülə bilər. Zəruri olduqda örtüyün tələb olunan isidilməsini təmin etmək üçün plitənin qalınlığını artırmaq olar.

Montaj zamanı yaş proseslər iştirak etmədiyindən, sistem havanın istənilən temperaturunda montaj edilə bilər. TN-ODDAN MÜDAFİƏ Beton sistemi binanın xidmət müddətinə bərabər uzun xidmət müddətinə malikdir.

Tətbiq olunma sahəsi

TN-ODDAN MÜDAFİƏ Beton sistemi istənilən odadavamlılıq dərəcəsinə və konstruktiv və funksional təhlükənin bütün siniflərinə aid binalarda istifadə olunur. TN-ODDAN MÜDAFİƏ Beton sistemi yüksək yanğın əleyhinə xarakteristikalara malikdir, bu da yüksək yanğın təhlükəsizliyi tələbləri irəli sürülən binalarda dəmin-beton sütunların, tirlərin, örtük plitələrinin konstruktiv oddan müdafiəsinin quraşdırılması üçün idealdır. Əsas tətbiq olunma sahəsi yeraltı dayanacaqların üzərindəki örtük plitələri və mərtəbələrarası örtüklərdir