(+994) 50-562-50-05 / (+994) 12-562-50-05 az ru

İnşaat sistemi bünövrə

Sadə mühəndis-geoloji şərtlər daxilində bərkidilmiş çuxurlarda inşa edilən aşağı məsuliyyət dərəcəli kiçik bina və tikililərin bünövrələrinin birqat

hidroizolyasiya sistemi.

Termik emal edilmiş geotekstil

PVX rondel (bərkidici element)



Ətraflı


TN-DÖŞƏMƏ Klassik KMS

Dəmir-beton plitə

PLANTER standard profilli membranı

PLANTERBAND özüyapışan lent

TEXNONİKOL CARBON ECO ekstruziya penopolistirolu

TexnoNİKOL buxar izolyasiya plyonkası 150 q/m2

Sement-qum üzlüyü

Qızdırıcı elementlərlə sement-qum üzlüyü

Döşəmə örtüyü – plitə

Qum hazırlıq

Çınqıl hazırlıq

Alternativ materiallar

NICOBAND

Sistemin təsviri

Bu sistem bilavasitə PLANTER standart profilli membranı üzrə betonlaşdırılması aparılan dəmir-beton plitədən ibarətdir. Profilli membran konstruksiyanı kapillyar rütubətdən qoruyur, betonun bərkiməsi üçün optimal şərait yaradır, belə ki, beton üçün zəruri olan “sement südü” qrunta keçmir. “Qrunt üzərində döşəmə” konstruksiyasında PLANTER membranından istifadə nazik beton və profilli membranın hazırlanması üçün materialların qiymət fərqi sayəsində inşaata çəkilən ümumi xərcləri orta hesabla 30% azaltmağa imkan verir. Zolaqların hermetikləşdirilməsi üçün PLANTERBAND və ya PLANTERBAND DUO xüsusi özüyapışan lentindən istifadə olunur. TEXNONİKOL CARBON ECO ekstruziya penopolistirolundan hazırlanmış istilik izolyasiya qatının üzərinə buxar izolyasiya plyonkası döşənir, bu da həmçinin “sement südünün” üzlükdən axmasının qarşısını alır. Qalınlığı cəmi 20 mm olan ekstruziya penopolistirolu qatından istifadə yüksək istilik izolyasiya xarakteristikaları sayəsində istilik enerjisinin arzuolunmaz istiqamətlərdə itkisini xeyli azaltmağa kömək edir, bu da istilik verən qatın (elektroqızdırıcıların) effektivliyini maksimum dərəcədə artırır.

Beton əsas ehtiva edən, PLANTER standard profilli membranı üzrə hazırlanan qrunt üzərində döşəmənin izolyasiya sistemi aşağı səviyyəli yeraltı sulara malik xırda dərinlikli bünövrələrin qruntu üzərində döşəmələrin yeni inşaatında tətbiq edilir.