(+994) 50-562-50-05 / (+994) 12-562-50-05 az ru
(+994) 55-767-11-66

İnşaat sistemi bünövrə

Sadə mühəndis-geoloji şərtlər daxilində bərkidilmiş çuxurlarda inşa edilən aşağı məsuliyyət dərəcəli kiçik bina və tikililərin bünövrələrinin birqat

hidroizolyasiya sistemi.

Termik emal edilmiş geotekstil

PVX rondel (bərkidici element)



Ətraflı


ТН-СТЕНА БАНЯ

Tirlərdən, kərpiclərdən, bloklardan divar

Şəbəkə, tir karkas 50Х50 mm

Şəbəkə, tir karkas 50Х100 mm

ROKLAYT daş pambıq

Alüminium folqa 50 mkm

Alüminium skotç 50 mm Х 50 m

Kontrreyka 20 Х 30 mm

Daxili işləmə (cökə, ağcaqovaq, Kanada sindrindən avroüzlük)

Sistemin təsviri

Buxar sahəsinin divar və tavanını isitmə sistemi – hamamda istiliyi saxlamaq üçün ən geniş yayılmış, sadə və etibarlı üsuldur. Divarın konstruksiyası 50 x 50 mm kəsikli tirdən hazırlanmış taxta şəbəkədən, daş pambıq plitəli istilik izolyasiyası qatından, folqalanmış buxar izolyasiyası qatından, alüminium skotçdan, aralıq yaratmaq üçün kontrreykalardan və daxili işləmədən (cökə, ağcaqovaq, Kanada sindrindən avroüzlük) ibarətdir.

İstilik izolyasiyası materialları kimi ROKLAYT daş pambıq plitələrindən istifadə olunur. Sistemin isidilməsi mineral-pambıq plitələrin taxta tirli karkasa quraşdırılması yolu ilə həyata keçirilir. Karkas artıq mövcud olan divara montaj edilir (ağac tir, kərpic, bloklar, monolit dəmir-beton).

Buxar izolyasiyası alüminium folqadan hazırlanır və buxar sahəsi tərəfdən yerləşir. Bu qat istilik izolyasiyasını ifrat rütubətlənmədən qoruyur və istilik enerjisini əks etdirir. Alüminium folqanı divarlar boyunca alt layın üstə çarpazlanması ilə üfüqi istiqamətdə yaymaq tövsiyə olunur. Layların kəsişməsini 50 mm enə malik alüminium skotçla yapışdırmaq lazımdır. Buxar sahəsinin daxili işləməsi kimi cökə, ağcaqovaq, Kanada sidrindən hazırlanmış avroüzlükdən istifadə olunur. Plankalar həm üfüqi, həm də şaquli istiqamətdə yerləşər bilər. Avroüzlük kontrreykaya vurulur, o, buxar izolyasiyası və haşiyə arasına 1,5-2 sm hava aralığı yaradır.



Tətbiq olunma sahəsi

Hamam, sauna inşaatı zamanı buxarlı sahənin isidilmə sistemi.