(+994) 50-562-50-05 / (+994) 12-562-50-05 az ru
(+994) 55-767-11-66

İnşaat sistemi bünövrə

Sadə mühəndis-geoloji şərtlər daxilində bərkidilmiş çuxurlarda inşa edilən aşağı məsuliyyət dərəcəli kiçik bina və tikililərin bünövrələrinin birqat

hidroizolyasiya sistemi.

Termik emal edilmiş geotekstil

PVX rondel (bərkidici element)



Ətraflı


TN-FASAD STANDART

Divarların daşıyıcı/özüdaşıyan hissəsi

“Termoiçlik” sistemi dayaq örtüyü

TEXNONİKOL CARBON PROF ekstruziya penopolistirolu 300

BİKROELAST TPP hidroizolyasiya kəsintisi

TEXNOBLOK daş pambıq plitələri

Üzlük kərpici

Aralıq fiksatorlu elastik bazalt-plastik bağlar

Axma-sovrulma girintiləri (şaquli tikişlər)

Sistemin təsviri

Kərpic üzlük fasada klassik görünüş bəxş edir, lakin konstruksiya ventilyasiya olunur, bu da kondensatın isidicidə toplanmamasına şərait yaradır.

Çoxmərtəbəli inşaatda sistem mərtəbələrarası örtüklərə söykənir. Monolit işlərdə bütöv soyuq körpüsünün yaranmasının qarşısını almaq üçün örtüklərə TEXNONİKOL CARBON PROF 300 ekstruziya penopolistirolundan hazırlanmış termoiçliklər qoyulur. Azmərtəbəli inşaatda (9 m hündürlüyə qədər) sistemi binanın daşıyıcı elementi kimi quraşdırmaq olar. Bu halda örtüklər divarın daxili hissəsinə söykənir, xarici hörgü fasiləsiz şəkildə binanın hündürlüyü boyunca aparılır, termoiçlik sisteminə isə ehtiyac qalmır.

Bu sistemin istilik izolyasiyası yaxşı buxarkeçiriciliyə və sərtliyə malik olmalıdır. Bu tələbə TEXNOBLOK istilik izolyasiya plitələri cavab verir. Xarici hörgünün uçmasının qarşısını almaq üçün onu bazalt-plastikdən hazırlanmış elastik bağlarla daxili hörgüyə birləşdirirlər. Bu element əlavə olaraq isidicini layihə vəziyyətində saxlayır. Sistemin xidmət müddəti 50 ildən çoxdur.

Tətbiq olunma sahəsi

TN-FASAD Standart fasad sistemi yaşayış və ya inzibati məişət təyinatlı monolit karkas binalarda özüdaşıyıcı çəpərləyici konstruksiya kimi istifadə olunur. Azmərtəbəli inşaatda daşıyıcı çəpərləyici konstruksiya kimi tətbiq edilir.