(+994) 50-562-50-05 / (+994) 12-562-50-05 az ru
(+994) 55-767-11-66

İnşaat sistemi bünövrə

Sadə mühəndis-geoloji şərtlər daxilində bərkidilmiş çuxurlarda inşa edilən aşağı məsuliyyət dərəcəli kiçik bina və tikililərin bünövrələrinin birqat

hidroizolyasiya sistemi.

Termik emal edilmiş geotekstil

PVX rondel (bərkidici element)



Ətraflı


TN-FASAD DEKOR

Xarici divar

Möhkəmlədici qruntlama

İstilik izolyasiya plitələri üçün yapışqan

TEXNOFAS

Boşqabvari fasad ankeri

Möhkəmləndirici baza qatı

Şüşəparça tor

Kvars qruntlama

Dekorativ suvaq

Fasad boyası (lazım olduqda)

Sistemin təsviri

Sistem yüksək buxarkeçiriciliyə malikdir və istənilən əsas üzərində tətbiq edilə bilər.

Yekun suvaqların müxtəlif fakturası və kolerləmə imkanı sistemə böyük dekorativ imkanlar verir. Baza suvağının xüsusi torla möhkəmləndirilməsi çat əmələgəlmə təhlükəsini aşağı salır. Suvaq qatı istilik izolyasiya plitələrindəki qatların qopmaya qarşı yüksək davamlılığı sayəsində birbaşa onların üzərinə çəkilir. TEXNOFAS istilik izolyasiya materialının yanmayan xassələri bu sistemi istənilən təyinatlı binaların fasadlarında, o cümlədən, uşaq bağçalarının, məktəblərin, xəstəxanaların və s. fasadlarında istifadə etməyə imkan yaradır. Daş pambıq plitələr yapışqan vasitəsilə əsasa yapışdırılır və əlavə olaraq dübelləşdirilir. Sistemin təmirsiz xidmət müddəti 25 ildir.

Tətbiq olunma sahəsi

TN-FASAD Dekor sistemi istənilən odadavamlılıq dərəcəsinə və konstruktiv və funksional təhlükənin bütün siniflərinə aid binalarda istifadə oluna bilər.

Materialların tətbiq hündürlüyünə məhdudiyyətlər:

TEXNOFAS, TEXNOFAS EFFEKT, TEXNOFAS OPTİMA materialı ilə – hündürlük üzrə məhdudiyyətsiz.

TEXNOFAS KOTTEC materialı ilə – 10 metrə qədər.

TEXNOFAS DEKOR materialı ilə – 20 metrə qədər.