(+994) 50-562-50-05 / (+994) 12-562-50-05 az ru

İnşaat sistemi bünövrə

Sadə mühəndis-geoloji şərtlər daxilində bərkidilmiş çuxurlarda inşa edilən aşağı məsuliyyət dərəcəli kiçik bina və tikililərin bünövrələrinin birqat

hidroizolyasiya sistemi.

Termik emal edilmiş geotekstil

PVX rondel (bərkidici element)



Ətraflı


TN-BÜNÖVRƏ STANDART

Sistem texniki mərtəbəli yeraltı tikililərin və ya istismar olunmayan sahələrin müdafiəsi üçün istifadə olunur.

TEXNONİKOL №21 dam örtüyü mastikası (Texnomast)

TEXNONİKOL № 01 bitumlu praymer

PLANTER profilli membranı

Silindr TEXNO

Bünövrənin dəmir-beton konstruksiyası

Çınqıl hazırlıq

Əsasın qruntu

Geri doldurma qruntu

Keçirici bort (qaltel) s/q məhlulu

Qum hazırlığı

Sistemin təsviri

Hidroizolyasiya membranı kimi TEXNONİKOL №21 mastikasından istifadə tövsiyə olunur. Hİ qatına və ya layihə həllinə yüksək tələblər qoyulduqda aşağıdakı materiallar istifadə oluna bilər: rulonlu bitum-polimer əriyən materiallar (Texnoelast EPP, Texnoelast TERRA), yaxud Texnoelast BARYER BO özüyapışan bitum-polimer materialı.

Hidroizolyasiya qatının müdafiəsi üçün PLANTER standard profilli membranı istifadə olunur, o, hidroizolyasiyadan yuxarıda mexaniki bərkidilir və geri doldurma zamanı hidroizolyasiyanı mümkün zədələrdən qoruyur və mənfi xarici təsirlərdən əlavə müdafiə edir. Döşəmə plitəsinin altına əsas kimi PLANTER standard istifadə olunur, bu həll barədə daha ətraflı “TN-DÖŞƏMƏ Klassik KMS” sisteminin texniki vərəqəsindən öyrənmək olar.

Texniki mərtəbələrdə yerləşən texnoloji boru xətlərlərinin isidilməsi üçün TEXNONİKOL istilik izolyasiya silindrlərindən istifadə tövsiyə olunur.

Tətbiq olunma sahəsi

Bu sistem aşağı səviyyəli yeraltı sulara malik yerli qruntlarda istismar olunmayan zirzəmi, texniki və ya alt mərtəbəyə malik yığma və ya monolit lentli bünövrələr üçün tövsiyə olunur.