(+994) 50-562-50-05 / (+994) 12-562-50-05 az ru
(+994) 55-767-11-66

İnşaat sistemi bünövrə

Sadə mühəndis-geoloji şərtlər daxilində bərkidilmiş çuxurlarda inşa edilən aşağı məsuliyyət dərəcəli kiçik bina və tikililərin bünövrələrinin birqat

hidroizolyasiya sistemi.

Termik emal edilmiş geotekstil

PVX rondel (bərkidici element)



Ətraflı


TN-BÜNÖVRƏ STANDART OPTİMA

Sistem texniki mərtəbəli yeraltı tikililərin və ya istismar olunmayan sahələrin müdafiəsi üçün istifadə olunur.

Bünövrənin dəmir-beton konstruksiyası

Bitumlu emulsiyalı praymer №04

Texnoelast EPP hidroizolyasiya membranı

XPS plitələrinin və PLANTER membranının fiksajı üçün TEXNONİKOL №01 və №02 bərkidicisi

PLANTER profilli membranı

Geri doldurma qruntu

Əsasın qruntu

Keçirici bort (qaltel) s/q məhlulu

Qabaran qaytan

Mühəndis hazırlığı

Sistemin təsviri

Hidroizolyasiya membranı kimi sistemdə Texnoelast EPP ikiqat rulonlu bitum-polimer əriyən materialından istifadə olunur, hansı ki, daxili sahələrin izolyasiyasına qoyulan yüksək tələbləri təmin edir.

Hidroizolyasiya qatının müdafiəsi üçün PLANTER standard profilli membranı istifadə olunur, o, hidroizolyasiya membranından yuxarı alt zonada mexaniki şəkildə, eləcə də hündürlük boyunca aralıq bərkitməsini quraşdırmaq zəruri olduqda TexnoNİKOL №1 bərkidicisi vasitəsilə bərkidilir. PLANTER standard bünövrənin geri doldurması zamanı hidroizolyasiyanı mümkün zədələrdən qoruyur və digər mənfi xarici təsirlərdən əlavə müdafiə edir.



Tətbiq olunma sahəsi

Bu sistem aşağı səviyyəli yeraltı sulara malik yerli qumlu qruntlarda istismar olunmayan zirzəmi, texniki və ya alt mərtəbəyə malik yığma və ya monolit lentli bünövrələr üçün tövsiyə olunur.

Bununla yanaşı, gözlənilməz təbii və texnogen xarakterli hallarda yeraltı suların səviyyəsinin artması ehtimalı olduqda; dərinləşdirilmiş elementlərin izolyasiyasının etibarlığına yüksək tələblər qoyulan konstruksiyalarda; bünövrə 20 m-dən çox dərinlikdə olduqda bu sistemdən istifadə tövsiyə olunur.