(+994) 50-562-50-05 / (+994) 12-562-50-05 az ru

İnşaat sistemi bünövrə

Sadə mühəndis-geoloji şərtlər daxilində bərkidilmiş çuxurlarda inşa edilən aşağı məsuliyyət dərəcəli kiçik bina və tikililərin bünövrələrinin birqat

hidroizolyasiya sistemi.

Termik emal edilmiş geotekstil

PVX rondel (bərkidici element)



Ətraflı


Haqqımızda

Hörmətli həmkarlar, müştərilər və tərəfdaşlar! 

Sizi «TTT.Az LLC» şirkətinin saytında salamlamağa şadıq! 

Ümid edirik ki, burada təqdim olunan məlumatlar sizə faydalı olacaq, saytın naviqasiya sistemi isə zəruri materialların axtarışında etibarlı bələdçiyə çevriləcək. Saytın üzərində işləyərkən biz onu rahat, informativ və bütün çoxsaylı müştərilərimiz, tərəfdaşlarımız və həmkarlarımız üçün faydalı etməyə çalışırdıq. 

TTT.Az LLC şirkəti Azərbaycan Respublikası ərazisindəki obyektlərin inşaat materialları tədarükü ilə məşğul olur. Biz həm kottec və azmərtəbəli ev inşası, həm də sənaye-mülki inşaat üçün materialların geniş çeşidini təklif edirik. 

 Təcrübəmiz inşaat obyektlərini dünya şirkətlərinin ən müasir və keyfiyyətli materiallarla təmin etməyə kömək edir. Baku Roofing Company – TexnoNİKOL KREISEL, PENOPLEX, KRONOSPAN, DORKEN, U-KON İNJİNİRİNQ, TERMOCLIP, BAUTEX, KALEVALA şirkətlərinin, Fibraizol membranının, DubloColl fasad lentinin Azərbaycan ərazisində rəsmi distribüteridir. Təklif etdiyimiz materiallar Azərbaycan bazarında özlərini ən etibarlı və davamlı materiallar kimi göstərmişdir.

 Şirkətimiz Azərbaycanın ən böyük və əhəmiyyətli inşaat obyektlərinə material tədarükündə böyük təcrübəyə malikdir. 

 Bizim sertifikatlaşdırılmış peşəkar Sənaye-Mülki İnşaat (SMİ) və Kottec və Azmərtəbəli İnşaat (KAİ) menecerlərindən ibarət komandamız pulsuz şəkildə ofisinizə və ya obyektinizə konsultasiya üçün gəlməyə, monitorinq keçirməyə və istehsalçı və TTT.az LLC-dən QİYMƏT+Keyfiyyət+Zəmanət nisbətində Sizə ən sərfəli yekun təklifi verməyə hazırdır. Biz Sizə nəinki materiallar, həmçinin keyfiyyətli servis, eləcə də düzgün mühəndis həllini təklif etməyə hazırıq. BakuRoofing Service şirkəti aşağıdakıları yerinə yetirən affilyasiya olunmuş şirkətdir: 

 • müasir rulon-bitum materiallarından istifadə edərək yumşaq dam örtüyünün quraşdırılması və təmiri; • polimer membrandan istifadə edərək yumşaq dam örtüyünün quraşdırılması və təmiri; 

 • dam örtüyünün müasir maye rezinlə hidroizolyasiyası; 

 • bitumlu və kompozitli kirəmitin montajı; 

 • buxar izolyasiyası; 

• dam örtüyünün, fasadların istilik izolyasiyası. 

Hidroizolyasiya – daxili sahələrin (zirzəmilər, divarlar, döşəmələr, bünövrə) və xarici tikililərin (terraslar, dam örtükləri, eyvanlar) rütubət daxilolmasından izolyasiya edilməsi üçün görülən tədbirlər kompleksidir. Keyfiyyətli hidroizolyasiya aparıldıqda konstruksiyanın xidmət müddəti xeyli uzanır. • bünövrənin hidroizolyasiyası; 

• yeraltı tikililərin hidroizolyasiyası (qarajlar, parkinqlər, zirzəmilər və anbarlar); 

 • hovuzların, rezervuarların və kanalların hidroizolyasiyası; 

 • daxili sahələrin (divarlar, döşəmələr) hidroizolyasiyası; 

• dam örtüyünün, terrasın hidroizolyasiyası; 

 • körpülərin, tunellərin hidroizolyasiyası. 

Fasadlar: Kompleks işlərin həyata keçirilməsi. Fasad işi keyfiyyətli yerinə yetirildikdə xidmət müddəti 50 ildən yuxarıdır.

 • Yerində topoqrafik işlərin həyata keçirilməsi; 

 • Memarlıq həlləri; 

• Obyektin tam layihə təminatı; 

 • Şef montaj, eləcə də istehsalçıdan müəllif nəzarəti; 

 • Həmin obyekt üçün Show Drawing;

 • Dizayner həlli və yanaşması;

 Hazırda yalnız öz xidmətlərinin ən keyfiyyətli olduğunu bəyan edən parlaq reklam şüarları az deyil. Biz buna can atmırıq. Əziz müştərilər, mən bütün məsuliyyətimlə bildirirəm ki, biz mükəmməl reputasiyanı gurultulu sözlərlə deyil, KEYFİYYƏTLİ İŞLƏRLƏ qazanmışıq! Şirkətimizdə nəinki öz işini əla bilən, həm də onu sevən əsl peşəkarlar çalışır. Hər şeydən əlavə, bütün mütəxəssislər açılış günündən bu günə qədər bizimlədir, buna görə də bütün kollektiv olduqca möhkəmdir və gələcək uğurlara hədəflənmişdir! 

 Biz ətrafımızda şirkətimizlə bərabər böyüməyə və inkişaf etməyə hazır olan həmfikirlər komandasını yığdığımız üçün qürur duyuruq. Bizim əməkdaşlarımız – evlərin inşası sahəsində peşəkarlardır, onlar daima öz biliklərini artırırlar, sizi maraqlandıran istənilən suala cavab verə və doğru seçim etməkdə kömək edə bilərlər. Şirkətin anbarında istənilən inşaat tipini həyata keçirmək, istənilən tapşırığı yerinə yetirmək və ən mürəkkəb dizayner layihəsini həyata keçirmək üçün böyük material çeşidi mövcuddur. Lakin, biz inkişafımızı dayandırmırıq, yeni zirvələrə can atırıq. Məhz müştərilərimizin dəstəyi və sadiqliyi təsdiq edir ki, biz doğru yoldayıq! Lakin sadəcə sözümüzə inanmağa ehtiyac yoxdur. Daxil olun və özünüz əmin olun. Biz Sizi dəvət edirik və məhsul çeşidlərimiz haqqında daha ətraflı öyrənmək üçün saytımızla tanış olmağı tövsiyə edirik. Unikal ticarət mühitimizi anlamağın ən yaxşı üsulu - sadəcə onu müstəqil şəkildə sınamaq və sayı daima artan məmnun müştərilərimizə qoşulmaqdır. Hazırda bizi əldə olunan materialın növündən, tipindən asılı olmadan seçirlər, biz onun keyfiyyətinə zəmanət veririk və zəmanət termini təqdim edirik! Bu, onunla şərtlənir ki, şirkətimiz yalnız davamlı, keyfiyyətli və uzunömürlü məhsullarla tanınan etibarlı istehsalçılarla əməkdaşlıq edir. Qənaətlilik, keyfiyyət və etibarlılıq – bizim ən mühüm prinsiplərimizdir. Hər bir tərəfdaş bizim üçün – unikaldır, hər təchizat isə tərəfimizdən gələcək sövdələr üçün rekomendasiyadır. Biz Sizi tərəfdaşlarımızın və sifarişçilərimizin sırasında görməyə şad olarıq, təcrübə göstərir ki, onlar çox qısa müddətdə Şirkətimizin səmimi dostlarına çevrilir.

 Biz mütəmadi şəkildə auksion təklifləri keçiririk, həmçinin bizdə endirim sistemi, növbənöv diskontlar, keyfiyyətə zəmanət, əməkdaşlığımızı qarşılıqlı faydalı və xoş edəcək hər bir şey mövcuddur! Biz əminik ki, qarşılıqlı əməkdaşlıq bizə yeni uğurlar əldə etmək üçün daha çox güc verəcək! Sizi saytımızın strukturu ilə tanış olmağa dəvət edirik, biz burada yararlana biləcəyiniz bütün vacib məlumatları yerləşdirmişik. 

 Şirkətimizin fəaliyyətinə göstərdiyiniz maraq üçün minnətdarlığımızı bildiririk. Ümid edirik ki, siz bu resursu müntəzəm ziyarət edəcəksiniz və gələcək uğurlarımızın şahidi olacaqsınız. 

 Sizə faydalı olmaq imkanını səbirsizliklə gözləyirik.



 Hörmətlə, 

Əlibəyli Murtuz 

Baş Direktor